USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Credit Suisse Den birinci rübdə 68 milyard dollar aktiv çıxarıldı

25.04.2023 Bank
8 1
İsveçrənin Credit Suisse bankı, UBS-nin bu il xilas etməsindən sonra birinci rübdə 61 milyard İsveçrə frankı (68 milyard dollar) aktivin bankdan çıxarıldığını və aktivlərin xaricə axınının hələ də davam etdiyini bildirib.

Kommersant.az xəbər verir ki, İsveçrə hökumətinin hazırladığı xilas paketi çərçivəsində UBS Group likvidlik böhranı yaşayan Credit Suisse-i 3 milyard İsveçrə frankı qarşılığında satın alaraq bankın 5,4 milyard dollar borcunu öz üzərinə götürüb.

Credit Suisse bildirib ki, aktivlərin xaricə axını daha çox aktivlərin idarə edilməsi seqmentində və bütün regionlarda olub.

Bank həmçinin birinci rübdə 67 milyard İsveçrə frankı həcmində əmanətlərin azaldığını və ödənilməli olan əmanətlərin əksəriyyətinin yenilənmədiyini açıqlayıb.