USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

“Ziraat Bank Azərbaycan”ın cəmi aktivləri artıb

28.04.2023 Bank
16 2
“Ziraat Bank”ın “Ziraat Bank”ın cəmi aktivləri ötən ilin sonu ilə müqayisədə 88 milyon 509 min manat və ya 16.7 faiz artaraq 617 milyon 408 min manata yüksəlib.

Kommersant.az bankın maliyyə hesabatına istinadən xəbər verir ki, bu artımda kredit portfelinin payı 10 faiz təşkil edib. Belə ki, bankın istehlak kreditləri 153 min manat artaraq 2 milyon 608 min manata, biznes kreditləri 6 milyon 969 min manat artaraq 315 milyon 929 min manata, ipoteka kreditləri isə 1 milyon 782 min manat artaraq 7 milyon 945 min manata çatıb. Buna görə də bankın kredit portfeli 8 milyon 904 min manat artaraq 326 milyon 483 min manat olub.

Mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyatını 6 milyon 104 min manat azaldaraq 4 milyon 764 min manata endirdiyi üçün “Ziraat Bank”ın xalis kreditləri 15 milyon 7 min manat artaraq 321 milyon 718 min manata çatıb.