USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

“Ziraat Bank” əmanət yığımlarını artırıb

28.04.2023 Bank
16 7
“Ziraat Bank Azərbaycan” ın depozit portfeli 74 milyon 109 min manat artaraq 391 milyon 915 min manata yüksəlib. Bu artımda fiziki şəxslərin əmanətlərinin payı 13.1 faiz, hüquqi şəxslərin əmanətlərinin payı isə 86.9 faiz olub.

Kommersant.az bankın maliyyə hesabatına istinadən xəbər verir ki, “Ziraat Bank”ın biznesmenlərdən topladığı depozitlər ötən ilin son rübü ilə müqayisədə 64 milyon 393 min manat və ya 33.1 faiz artaraq 258 milyon 519 min manata çatıb. Fiziki şəxslərin bankdakı əmanətləri isə 9 milyon 715 min manat və ya 7.8 faiz artaraq 133 milyon 394 min manata bərabərləşib. Nəticədə bankın cəmi öhdəlikləri 506 milyon 755 min manat olub ki, bu da ötən ilin 4-cü rübü ilə müqayisədə 84 milyon 297 min manat və ya 19.9 faiz çoxdur.