USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

“Ziraat Bank” cəmi kapitalını artırıb

28.04.2023 Bank
8 3
“Ziraat Bank Azərbaycan” bölüşdürülməmiş mənfəətini 9.6 faiz artırıb.

Kommersant.az bankın maliyyə hesabatına istinadən xəbər verir ki, səhmdar kapitalını dəyişdirməyən “Ziraat Bank”ın bölüşdürülməmiş mənfəəti 3 milyon 335 min manat artaraq 38 milyon 41 min manat olub. Bankın ümumi ehtiyatları isə 877 min manat artaraq 7 milyon 111 min manata yüksəlib. Buna görə də Türkiyə bankının cəmi kapitalı 4 milyon 213 min manat və ya 3.9 faiz artaraq 110 milyon 653 min manata bərabərləşib.