USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Birinci Respublika Bankını xilas etmək üçün yenidən tədbir görüldü

01.05.2023 Bank
13 3
ABŞ-ın tənzimləyici qurumu Federal Əmanətlərin Sığortalanması Korporasiyası (FDIC) iflas ərəfəsində olan First Republic Bank-ın müflisləşməsinin qarşısını almaq üçün nəhəng banklardan təkliflər almağa başlayıb. Adı çəkilən banklar arasında JPMorgan və PNC var.

Kommersant.az xəbər verir ki, ABŞ hökuməti maliyyə qruplarından, o cümlədən JPMorgan və PNC-dən böhrandan əziyyət çəkən First Republic Bank-ın hamısı və ya bir hissəsi üçün təklif vermələrini xahiş etdi.

Mənbələr Wall Street Journal-a bildiriblər ki, daha əvvəl 11 bankı bir araya gətirərək Birinci Respublikaya 30 milyard dollar depozit yatıran JPMorgan, qərardan sonra həll üçün təklif təqdim etməyə hazırlaşır.