USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Qızıl alarkən niyə ƏDV verilmir - Ekspert səbəbləri açıqlayır

01.05.2023 İqtisadiyyat
18 8
“Azərbaycanda qızıl bazarı bir az spesifikdir. Bu digər pərakəndə satış növlərindən fərqlənir. Burada bilavasitə vətəndaşların da iştirakı olur”.

Kommersant.az xəbər verir ki, bunu iqtisadçı Natiq Cəfərli qızıl alış-satışı zamanı ƏDV-nin verilməməsinin səbəblərindən danışarkən deyib. Ekspert qeyd edib ki, bazarda olan əşyaların bir çoxu digər vətəndaşlardan alınıb-satılan əşyalardır.

“Məsələn, kimsə ehtiyacı yarananda özünəməxsus qızıl məmulatlarını müəyyən məbləğə satır, qızıl satışı ilə məşğul olan pərakəndə satış nöqtələri isə onları sonradan öz xeyirlərini də nəzərə almaqla bazara çıxarırlar. Bu zaman alış-satış müqaviləsi olmadığına, anlaşmalar şifahi olduğuna görə sonradan bu hal yaşanır. Əgər sonradan bu pərakəndə satış məntəqələri qızılı rəsmi ƏDV səviyyəsində satsalar, məbləğin tamamından vergi ödəməli olur. Lakin onların qazancı məbləğin tamamından olmur. Onun qazancı sadəcə üzərinə qoyduğu əlavə məbləğ olur. O ancaq üzərinə qoyduğu məbləğin vergisini ödəməlidir. Alqı-satqı müaviləsi bağlamadığına görə vətəndaşlarla satdığı qiymətin hamsının vergisini ödəməli olur”.

Natiq Cəfərli qeyd edib ki, bu, tək qızıl satan pərakəndə satış obyektlərinin günahı deyil. Elə bir sistem yanaşması olmalıdır ki, o sahibkarlar ziyan görməsinlər:

“Pərakəndə qızıl satışı ilə məşğul olanların daha aşağı vergiləndirmə dərəcəsi olmalıdır. Vətəndaş qızılını satanda rəsmi şəkildə satsın və pərakəndə satış obyektləri bu qazandığı vəsaitdən vergi ödəsinlər. Bu zaman bu sahədə müəyyən şəffaflıq yarana bilər. Amma indiki şəraitdə mən düşünürəm ki, qanunvericilikdə təşviqedici addımlar olmasa belə də davam edəcək. “Boz iqtisadiyyat”ın və yaxud “qara iqtisadiyyat”ın qeydə alınmayan iqtisadiyyatın bir hissəsinə çevriləcək”.

Ekspert qeyd edib ki, bu sahədə “qızıl orta” tapılmalıdır. Həm iş adamlarının həm də dövlətin qızıl ortasını tapmasan, iş adamları vergidən yayınmağa, dövlət də onu tutmağa çalışacaq.

“Bu məsələni inzibati qaydalarla həll etmək mümkün deyil. Çalışmaq lazımdır ki, qanunvericilikdə elə müddəalar olsun ki, satılan qızılda əldə olunan gəlirin özündən cüzi miqdarda vergi verməkdə özlərinin marağı olsun”.

Natiq Cəfərli qeyd edib ki, qızıl elə bir məmulatdır ki, üç-dörd ədədini satsan illik 200 minlik dövriyyəni keçə bilərsən:
“Lakin qazanc o qədər olmur ki, dövriyyənin 18 faizini ƏDV kimi ödəyəsən. Yəni qızıl bazarı çox spesikdir. Ona görə də bu sahədə çalışanların xüsusi vergi yanaşması olmalıdır. Dövriyyənin artırılması yolu ilə onların sadələşdirilmiş vergidə qalma imkanı olmalıdır”.