USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Rusiya Mərkəzi Bankı uçot dərəcəsini dəyişməyib

09.06.2023 Bank
4 1
Rusiya Mərkəzi Bankı siyasət faizini dəyişmədiyini və 7,5 faiz səviyyəsində saxladığını açıqlayıb.

Kommersant.az xəbər verir ki, bankdan verilən açıqlamada ölkədə ev təsərrüfatlarının inflyasiya gözləntilərinin yüksək səviyyədə olduğu bildirilib.

İqtisadi fəaliyyətlərin gözləntilərin üzərində yaxşılaşdığına diqqət çəkən açıqlamada, “Rusiya Mərkəzi Bankı siyasət faizini dəyişməyərək 7,5 faiz səviyyəsində saxlamağa qərar verdi” deyilib.

Bazar gözləntiləri Rusiya Mərkəzi Bankının uçot dərəcəsini dəyişməz saxlaması idi.

Qeyd edək ki, Rusiya Mərkəzi Bankı 2022-ci ilin fevralında qərb ölkələrinin sanksiyalarına görə siyasət faiz dərəcəsini 9,5 faizdən 20 faizə qaldırdıqdan sonra faiz azaltma prosesinə daxil olub və 2022-ci ilin sentyabrında keçirdiyi iclasda faiz dərəcəsini aşağı salıb.