USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Bank of Americanın Türkiyə üçün şərtləri

09.06.2023 Bank
5 0
ABŞ-ın aparıcı banklarından biri olan Bank of America Türkiyəyə pul axını üçün 4 ağır şərt sadalayıb. Dünən BofA strateqləri tərəfindən açıqlanan qeyddə “Cari balansda sabitlik səviyyəsini davamlı saxlamaq üçün daxili tələbi yetərincə zəiflətmək üçün siyasət faizinin ən azı 40 faiz olması” ifadə edildi.

Kommersant.az xəbər verir ki, ABŞ-ın aparıcı banklarından biri olan Bank of America (BofA) TL-də uzun mövqe tutmaq və ya 10 il müddətinə yerli istiqraz almaq üçün 4 şərt sadalayıb.

Şərtlərdən birincisi Mərkəzi Bankın (TCMB) siyasət faizini 40 faiz və yuxarıya endirməkdir. Bu nisbət hazırda 8,5 faiz səviyyəsindədir.

May ayında rəsmi istehlak inflyasiyasının 39,59 faiz olduğunu nəzərə alan BofA, faizlərin inflyasiyadan yuxarı olmasını istəyir.

Dünən BofA strateqləri tərəfindən açıqlanan qeyddə “Cari balansda sabitlik səviyyəsini davamlı saxlamaq üçün daxili tələbi yetərincə zəiflətmək üçün siyasət faizinin ən azı 40 faiz olması” ifadə edilib.