USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

İqlim normasını artıran hava hadisəsi baş verir - Azərbaycanı nə gözləyir?

09.06.2023 Digər
14 25
“Hesab etmirəm ki, bu iqlim dəyişikliyi Azərbaycana təsir edə bilər”.

Bu sözləri Kommersnat.az-a ətraf məsələləri üzrə ekspert Rövşən Abbasov deyib.

Ekspert qeyd edir ki, “El Nino-nun digər yelərə təsiri bir başa təsdiq olunmayıb”. “Sadəcə eyni vaxtda müşahidə olunur”.

Rövşən Abbasov bildirib ki, El Nino baş verəndə dünyanın müxtəlif yerlərində təbii kataklizmlər, kstrimal təbiət hadisələri müşahidə olunur:

“ El Nino Sakit okeanda müşahidə olunur.

O baş verəndən bir müddət sonra digər yerlərdə sellər, ekstrimal istilər, quru küləklər və digər təbiət hadisələri olur”.
Qeyd edək ki, Sakit okeanda El Nino hava hadisəsi başlayıb. Mütəxəssislər bildirir ki, bütün planetə təsir edən hava hadisəsi önümüzdəki aylarda yavaş-yavaş təsirini artıracaq. 2023-cü ilin ortalarından başlayaraq hava istiləşəcək. 2024-cü ildə dünyanın bir çox ölkələrdə quraqlıq olacaq.