USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

İlin sonuna qədər daha iki artım gözlənilir

15.06.2023 Bank
9 9
Siyasət dərəcəsini dəyişdirməməyə qərar verən ABŞ Federal Ehtiyat Sistemi (FED) iqtisadiyyatda gözləniləndən daha güclü performans və yavaş eniş səbəbiylə faiz dərəcələrini ilin sonuna qədər yarım bənd artıra biləcəyinə işarə etdi.

Kommersant.az xəbər verir ki, dünən axşam FED-in faiz qərarından sonra təşkil edilən mətbuat konfransında danışan FED sədri Jerome Powell, pul siyasətinin sürətlə sərtləşdirilməsinə baxmayaraq, iqtisadi artımın və məşğulluq bazarının güclü qaldığına və bu səbəbdən azalmanın gözləniləndən daha uzun sürəcəyinə diqqət çəkib.

Mərkəz bankının ehtiyatlı olmaq üçün siyasət faizini 5-5,25% aralığında buraxdığını ifadə edən Powell, faizin sabit qaldığı bir ay ərzində iqtisadiyyatdan gələn məlumatları izləyəcəklərini və bununla davam edib-etməyəcəyinə qərar verəcəklərini ifadə etdi.

Powell faiz dərəcələrini artırarkən, artımların nə qədər sürətlə baş verəcəyindən çox, qiymət artımlarını yavaşlatacaq və işsizlik artımını minimumda saxlayacaq son faiz dərəcəsinin müəyyən edilməsinin vacib olduğuna diqqət çəkib.