USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Kredit faizləri azaldıla bilər? - Deputat AÇIQLADI - VİDEO

16.06.2023 Bank
16 4
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov Trend-ə müsahibəsində kredit faizlərinin yüksək olma səbəbləri, istehlakçılara təsiri, kredit faizlərinin azalma yolları mövzusunda sualları cavablandırıb.

"Yüksək kredit faizləri həm biznesin, həm də kredit götürən istehlakçının xərclərinin artmasına gətirib çıxarır. Bu baxımdan kredit faizlərinin azaldılması istiqamətində daha sistemli fəaliyyətlərin həyata keçirilməsi olduqca vacibdir. Hələlik bu istiqamətdə atılan addımlar ciddi faiz azalmalarına gətirib çıxarmayıb. Gözlənti ondan ibarətdir ki, Mərkəzi Bank tərəfindən bu istiqamətdə sistemli fəaliyyətlərin genişləndirilməsi, xüsusən də 2023-cü ilin sonu, 2024-cü ildə kredit faizlərində o cümlədən istehlak kreditlərinin faizlərində azalmaların müşahidə olunmasına gətririb çıxara bilər",

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramovun mövzu ilə bağlı daha geniş açıqlamasını videodan izləyə bilərsiniz: