USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

"Atəşgah Sığorta" ödənişi gecikdirməsi ilə bağlı şikayətə münasibət bildirib

14.07.2018 Bank
0 0
"Atəşgah Sığorta" ASC ödənişi gecikdirməsi ilə bağlı Bakı şəhər sakini İlqar Hüseynovun şikayətinə münasibət bildirib.

Şirkətdən "Kommersant"a verilən açıqlamada deyilir: "Şikayətçinin avtomobilinin kasko sığortası başqa sığorta şirkətində olunduğu üçün hadisənin tənzimlənməsi üçün ilk növbədə ora müraciət olunub. Ancaq avtomobilə dəymiş ziyanın məbləği kiçik olduğu və azadolma məbləğini aşmadığı üçün müştəriyə ödəniş edilməyib. Bundan sonra zərərçəkmiş "Atəşgah Sığorta"ya müraciət edərək avtomobilini şirkətin Mətbuat prospektində yerləşən filialına təqdim edib. Ekspertlər avtomobilə baxış keçirib, dəymiş zərəri 280 manat məbləğində qiymətləndirib və müştəriyə təqdim edib. O, buna razılıq verdikdən və qanunvericiliyə uyğun sənədləri təqdim etdikdən sonra müştəriyə bank hesabı açılıb və iş ödənişə göndərilib. Hal-hazırda ödəniş bank tərəfindən icra olunur".

Bir daha xatırladaq ki, hadisə bu il iyunun 27-də baş verib. Sığorta şirkəti ödənişi hələ də həyata keçirməyib.