USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

“Kapital Bank”ın mənfəəti azalıb

24.07.2023 Bank
28 12
“Kapital Bank”ın faiz gəliri 44 milyon 484 min manat artaraq 335 milyon 791 min manata, faiz xərcləri isə 8 milyon 181 min manat artaraq 48 milyon 350 min manata çatıb. Buna görə də bank 287 milyon 440 min manat xalis faiz gəliri əldə edib.

Kommersant.az xəbər verir ki, bankın qeyri-faiz gəliri 16 milyon 768 min manat artaraq 205 milyon 809 min manata, qeyri-faiz xərcləri isə 63 milyon 69 min manat artaraq 279 milyon 22 min manata bərabər olub. Nəticədə bankın əməliyyat mənfəəti 214 milyon 228 min manat olub ki, bu da 2022-ci ilin ilk yarısı ilə müqayisədə 9 milyon 998 min manat və ya 4.45 faiz azdır.