USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

“Yapı Kredi Bank”ın faiz gəlirləri artıb

26.07.2023 Bank
32 16
“Qoç Bank”ın faiz gəliri 5 milyon 3 min manat artaraq 17 milyon 124 min manat, faiz xərcləri isə 243 min manat artaraq 1 milyon 180 min manat olub. Buna görə bank 15 milyon 943 min manat xalis faiz gəliri əldə edib. Bu da ötən ilin eyni rübü ilə müqayisədə 4 milyon 759 min manat və ya 42.5 faiz çoxdur.

Kommersnt.az xəbər verir ki, qeyri-faiz gəliri 3 milyon 85 min manat artaraq 18 milyon 163 min manata, qeyri-faiz xərcləri isə 2 milyon 825 min manat artaraq 4 milyon 835 min manata yüksəlib. Nəticədə bankın əldə etdiyi əməliyyat mənfəəti 29 milyon 271 min manat olub. Bu da ötən ilin analoji dövrü ilə müqayisədə 5 milyon 19 min manat çoxdur.