USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Keçmiş sədrə Mərkəzi Bankda yeni vəzifə verildi

22.08.2023 Bank
24 21
Azərbaycan Mərkəzi Bankının (AMB) Nağd pul departamentinə yeni direktor təyin edilib.

Kommersant.az xəbər verir ki, bununla bağlı qurumun sədri Taleh Kazımov əmr imzalayıb.

Əmrə əsasən, sözügedən vəzifə Adışirin Qasımova həvalə olunub. O, bu ilin may ayına qədər Milli Depozit Mərkəzinin İdarə Heyətinin sədri olub və yeni vəzifəsində Elşən Mahmudovu əvəz edib.