USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

“Rabitəbank”ın depozitləri artıb

15.01.2024 Bank
0 0
“Rabitəbank”ın cəmi öhdəlikləri 178 milyon 704 min manat artaraq 1 milyard 22 milyon 98 min manata yüksəlib.

Kommersant.az xəbər verir ki, bu artımda 82.15 faiz pay depozit portfelinin üstünə düşüb. Bankın fiziki şəxslərdən topladığı əmanətlər 129 milyon 354 min manat artaraq 445 milyon 386 min manata çatıb. Bundan başqa bankın hüquqi şəxslərdən topladığı əmanətlər 18 milyon 466 min manat artaraq 308 milyon 438 min manata bərabərləşib. Nəticədə bankın müştərilərindən topladığı əmanətlər 2022-ci ilin sonu ilə müqayisədə 146 milyon 820 min manat və ya 24.18 faiz artaraq 753 milyon 824 min manata çatıb.