USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

“ExpressBank”ın depozit portfeli artıb

22.01.2024 Bank
0 0
“ExpressBank”ın hüquqi şəxslərdən topladığı əmanətlərin artması bankın depozit portfelinə müsbət təsir göstərib.

Kommersant.az xəbər verir ki, bankın fiziki şəxslərdən topladığı əmanətlər 897 min manat artaraq 152 milyon 135 min manat, hüquqi şəxslərdən topladığı əmanətlər isə 36 milyon 406 min manat artaraq 78 milyon 276 min manata yüksəlib. Nəticədə bankın depozit portfeli 37 milyon 304 min manat artaraq 230 milyon 411 min manata yüksəlib. Portfelin artımı öhdəliklər cəminin artımının 30.45 faizini təşkil edib.

“ExpressBank”ın öhdəliklər cəmi 2023-cü ilin sonunda 430 milyon 320 min manat olub ki, bu da 2022-ci ilin eyni dövrü ilə müqayisədə 122 milyon 499 min manat çoxdur.