USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

“Ziraat Bank"ın aktivləri artıb

25.01.2024 Bank
0 0
“Ziraat Bank Azərbaycan”ın aktivlər cəmi 107 milyon 785 min manat artaraq 636 milyon 684 min manata yüksəlib.

Kommersant.az xəbər verir ki, bu artımda 68.06 faiz kredit portfelinin üstünə düşüb. Bankın verdiyi istehlak kreditləri 302 min manat artaraq 2 milyon 757 min manata, biznes kreditləri 66 milyon 518 min manat artaraq 375 milyon 478 min manata, ipoteka kreditləri 6 milyon 542 min manat artaraq 12 milyon 705 min manata yüksəlib. Nəticədə bankın kredit portfeli 390 milyon 942 min manat olub ki, bu da 2022-ci ilin sonu ilə müqayisədə 73 milyon 363 min manat və ya 23.10 faiz çoxdur.

Mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyatını 369 min manat azaldaraq 10 milyon 499 min manata endirən “Ziraat Bank Azərbaycan”ın xalis kreditləri 73 milyon 731 min manat artaraq 380 milyon 442 min manata yüksəlib.