USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

“Ziraat Bank"ın depozit portfeli artıb

25.01.2024 Bank
0 0
“Ziraat Bank Azərbaycan”ın depozit portfelinin 29.45 faiz artması bankın öhdəliklər cəminə də təsir göstərib.

Kommersant.az xəbər verir ki, bankın fiziki şəxslərdən topladığı əmanətlər 47 milyon 988 min manat artaraq 171 milyon 667 min manata, hüquqi şəxslərin əmanətləri 45 milyon 626 min manat artaraq 239 milyon 752 min manata yüksəlib. Nəticədə bankın depozit portfeli 411 milyon 422 min manat olub. Bu da 2022-ci ilin sonu ilə müqayisədə 93 milyon 616 min manat çoxdur.