Qızıl bahalaşdı, gümüş və pambıq ucuzlaşdı

23.07.2018 Bank
Dünya bazarında qızılın bu saata olan qiymətində bahalaşma qeydə alınıb

"Kommersant" xəbər verir ki, qızıl 0,90 dollar və ya 0,07% bahalaşaraq 1,232 dollar olub.

Məlumata görə, gümüşün qiyməti isə 0,02 dollar və ya 0,12 ucuzlaşaraq 15,53 dollar olub.

Pambığın qiymətində də ucuzlaşma qeydə alınıb. Belə ki, bu günə olan nəticələrə görə, pambıq 0,38 dollar və ya 0,44% ucuzlaşaraq 1,90 dollar olub.