“Xalq Bank” 4 müştərisini məhkəməyə verib

23.07.2018 Bank
Bank, 2 ailəni məhkəməyə verərək problemli kreditlərini həll etməyə çalışır.

“Kommersant” xəbər verir ki, Qürbət Əsgərovun sədrlik etdiyi məhkəmədə sözügedən bank iddiaçı qismində iştirak edir.

Köngülov Elmar Əlişan oğlu, Köngülov Əlişan Camal oğlu, Köngülov Etibar Əlişan oğlu və Haqverdiyeva Aynurə Seydulla qızının cavabdeh qismində iştirak etdiyi kredit üzrə mübahisələrə görə, ali məhkəmədə bu gün məhkəmə iclası keçirilir.

Bundan başqa bankın bu gün keçirilən başqa ali məhkəməsinə də hakim Qürnət Əsgərov sədrlik edəcək. Baxışov Mətləb Əskər oğlunu kredit üzrə mübahisələrə görə məhkəməyə verən bank, bu yolla problemli kreditləri həll etməyə çalışır.