USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Kreditlər illik müqayisədə azalıb, aylıq müqayisədə artıb

25.07.2018 Bank
0 0
Bankların müştərilərə verdiyi kreditlər azalmaqda davam edir.

“Kommersant.Az” Maliyyə Bazarlarına Nəzarət Palatasına istinadən xəbər verir ki, 30 İyun 2018-ci il tarixində bank sektoru üzrə müştərilərə verilən cəmi kreditlər 11 milyard 712 milyon manat təşkil edib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 1 milyard 750 milyon manat azdır. 30 İyun 2017-ci il tarixində müştərilərə verilən kreditlər 13 milyard 462 milyon manat idi.

Xalis kreditlər isə 11 milyard 710 milyon manat səviyyəsindən 10 milyard 70 milyon manat səviyyəsinə düşüb.

İyunda kreditlər May ayı ilə müqayisədə isə 160,1 milyon manat artıb. Mayın sonunda müştərilərə verilən kreditlər 11 milyard 552.3 milyon manat idi.