USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

11 bankın əməliyyat mənfəəti azalıb, 9-u əldə etməyib

08.08.2018 Bank
0 0
"Azərbaycan Beynəlxalq Bankı" istisna olmaqla ölkədə fəaliyyət göstərən 29 bankdan 11-nin bu ilin yanvar-iyun aylarındakı əməliyyat mənfəəti ötən ilin eyni dövrü ilə müqayisədə çox olub.

Bunlar "Turan Bank", İran Milli Bankının Bakı filialı, "AFB Bank", "Kapital Bank", "Nikoyl Bank", "Günay Bank", "Naxçıvan Bank", "Xalq Bank", "Bank Silk Vey" və "Ziraat Bank Azərbaycan"dır. Ən yüksək dinamika "Turan Bank"da (5,9 dəfə), ən aşağı dinamika isə "Zıraat Bank Azərbaycan"da (7,9%) qeydə alınıb.

8 bankın - "Yapı Kredi Bank Azərbaycan", "Rabitəbank", "Bank Avrasiya", "PAŞA Bank", "Azərbaycan Sənaye Bankı", "NBC Bank", "Bank Respublika" və "Muğan Bank"ın əməliyyat mənfəəti isə illik müqayisədə azalıb. Ən çox azalma "Muğan Bank"da (95,2%), ən az azalma isə " Yapı Kredi Bank Azərbaycan "da (9,3%) qeydə alınıb.

Hesabat dövründə 3 bankın - "Amrah Bank", "AGBank" və "Bank VTB Azərbaycan"ın əməliyyat zərəri müvafiq olaraq 17,5 dəfə, 3,2 dəfə və 83% artıb.

4 bank - "Atabank", "Bank of Baku", "Express Bank" və "Unibank" bu ilin I yarısını əməliyyat zərəri ilə, ötən ilin I yarısını əməliyyat mənfəəti ilə, "Azər-Türk Bank", "Bank BTB" və Pakistan Milli Bankının Bakı filialı isə bu ilin ilk 6 ayını əməliyyat zərəri ilə, ötən ilin ilk 6 ayını isə əməliyyat mənfəəti ilə başa vurub. Odur ki, bu bankların maliyyə göstəriclərinin dinamikasını hesablamaq mümkün olmayıb.

ABB əməliyyat mənfəətinin / zərərinin dinamikasını açıqlamayıb.

Bu ilin yanvar-iyun aylarında Azərbaycanda fəaliyyət göstərən 30 bankdan 9-u əməliyyat mənfəəti əldə etməyib.

Bunlar "Express Bank", "Azər-Türk Bank", "Atabank", "AGBank", "Amrah Bank", "Unibank", "Bank VTB Azərbaycan", "Access Bank" və "Bank of Baku"dur.

Qalan 21 bank isə I yarımildən əməliyyat mənfəəti ilə çıxıb. Bu baxımdan ən yüksək göstərici "Azərbaycan Beynəlxalq Bankı"ında (141,105 milyon manat), ən aşağı göstərici isə Pakistan Milli Bankının Bakı filialında (25 min manat) olub.

(c) Renkinq