Dövlət istiqrazları üzrə hərrac keçiriləcək
 
                    Hərrac zamanı sifarişlərin toplanması BFB-nin ticarət reqlamentinə uyğun olaraq saat 11:00-dan 12:30-dək təşkil olunacaqdır.
İstiqrazların buraxılış parametrləri barədə məlumat aşağıdakı cədvəldə verilmişdir;
| Dövlət istiqrazının növü | Faizli, ortamüddətli dövlət istiqrazları | 
| Qiymətli kağızın ISIN kodu | AZ0105013699 | 
| Emissiya həcmi | 30 000 000 AZN | 
| Nominal dəyəri | 100 AZN | 
| İstiqrazların tədavül müddəti | 728 gün | 
| Faiz ödənişləri (olduqda) | 2019-cu il 12 fevral, 2019-cu il 13 avqust, 2020-ci il 11 fevral, 2020-ci il 11 avqust | 
| Faiz gəliri | 8 % | 
| Ödəmə tarixi | 11.08.2020 | 
| Anderrayter | Paşa Kapital İŞ QSC | 
Hərrac zamanı, qeyri-rəqabətli sifarişlərin istiqrazların buraxılışının 20%-dən artıq olmamaq şərti ilə qəbul edilməsinə icazə verilir.
Hərracda iştirak etməkdə maraqlı olan şəxslər birja üzvü olan investisiya şirkətlərinə müraciət edə bilərlər. Birja üzvlərinin əlaqə vasitələri BFB-nin internet saytının (www.bfb.az) "Üzvlər" bölməsində yerləşdirilib.
 
(c) Marja
 
                        





.jpg)


















































 
                


.jpg)







