USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

SKMF Zaqatalada sahibkarlardan investisiya layihələrinin qəbuluna başlayıb

30.05.2018 İqtisadiyyat
0 0
İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu (SKMF) Zaqatala rayonunda işgüzar forum keçirib.

Nazirlikdən "Kommersant.Az"a verilən məlumata görə, tədbir çərçivəsində sahibkarlarla mövcud iqtisadi potensialdan daha səmərəli istifadə edilməsi məqsədilə müzakirələr aparılıb, Zaqatala rayonu üzrə sahibkarlıq subyektlərindən aşağıdakı istiqamətlərdə investisiya layihələrinin maliyyələşdirilməsi üçün təkliflərin qəbulu məqsədəuyğun hesab edilib;

-kənd turizmi və otelin yaradılması;

-tütünçülük, çayçılıq, bağçılıq təsərrüfatlarının yaradılması;

-tütün emalı və quru tütün saxlanılması üçün anbar, fındıq və çay emalı, çörək istehsalı müəssisələrinin yaradılması.

Sahibkarlar investisiya layihələrinin maliyyələşdirilməsi məqsədilə müvəkkil kredit təşkilatları vasitəsilə Fonda müraciət edə bilərlər.

  • Əvvəlki

    SOCAR və Yaponiya Korporasiyası memorandum imzaladı

Digər xəbərlər