İtaliyalı iş adamları Azərbaycana gəlir

07.02.2020 Biznes
İtaliyanın kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olan 12 şirkətinin nümayəndəsi fevralın 14-də Bakıya səfər edəcək.

Bunlar ölkənin Nuoro vilayətindən olan sahibkarlar olacaq, Bakıda iri idxalçı və distribütor şirkətlər şəbəkələri ilə təkbətək (B2B) işgüzar görüşlər keçirəcəklər.

İş adamlarının Azərbaycana səfəri fevralın 10-14-də Moskvada (Rusiya) təşkil ediləcək “Prodexpo 2020” beynəlxalq sərgisi yekunlaşandan sonra baş tutacaq.

Bakıdakı sərgi İqtisadiyyat Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə keçiriləcək. Sərgidə qida məhsullarınən, o cümlədən spirtli içkilərin istehsalı sahəsində fəaliyyət göstərən 30-dan çox Azərbaycan şirkəti məhsullarını “Made in Azerbaijan” adlı vahid ölkə stendində təqdim edəcək. Azərbaycan sahibkarları ixrac barədə müzakirələr aparacaqlar.

2019-cu ildə Azərbaycan və İtaliya arasında ticarət dövriyyəsinin dəyəri 6 008,5 milyon ABŞ dollar təşkil edib. Bu, bütün ticarət dövriyyəsinin 18%-i deməkdir.

Ötən il Azərbaycan İtaliyaya 5 638,6 milyon ABŞ dolları dəyərində mal ixrac edib, bu ölkədə 369,9 milyon ABŞ dolları dəyərində mal idxal edib. İtaliyaya ixrac ümumi ixracda 28,7%, bu ölkədən idxal isə ümumi idxalda 2,7% paya malik olub.

Report

VTB