Sədərək TM nə vaxt açılacaq?

03.08.2020 Biznes
"Operativ Qərargahın qərarını gözləyirik".

Bunu açıqlamasında "Sədərək” ticarət mərkəzinin mətbuat xidmətinin rəhbəri Kəmaləddin Qədim avqustun 5-də ticarət mərkəzinin açılması ilə bağlı məsələyə aydınlıq gətirərkən deyib.

"Düşünürəm ki, bu günə dəqiq məlumat verilər. Biz də gözləyirik ki, bazar açılsın. Yoluxma sayı azalıb, sağalanların sayı artıb. Böyük ehtimalla çox sahələr açılacaq, eləcə də "Sədərək" ticarət mərkəzi.

Qeyd edək ki, iyunun 20-dən koronavirusun yayılmasının qarşısını almaq məqsədi ilə Operativ Qərargah ölkədə sərt karantin rejimi tətbiq edib. Həmin qərara görə, iri ticarət mərkəzlərinin fəaliyyəti dayandırılıb.

Qaynarinfo