USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Sumqayıtda uçan binadakı köçkünlər hara köçürüləcək?

10.06.2020 İnşaat və Əmlak
0 0
“Ötən gecə Sumqayıtda uçqun baş verən binada təmir-bərpa işləri başlayıb”.

"Kommersant.az" bildirir ki, bunu “Report”a Sumqayıt Şəhər İcra Hakimiyyəti Mətbuat xidmətinin rəhbəri Eyvaz Qocayev deyib.

O qeyd edib ki, Sumqayıt şəhəri, 12-ci mikrorayon ərazisində (Çerkassi və Koroğlu küçələrinin kəsişməsi) məcburi köçkünlərin məskunlaşdığı ikimərtəbəli yarımçıq tikilmiş binanın girişində pilləkən sınıb.

E.Qocayevin sözlərinə görə, hadisə zamanı xəsarət alan şəxsə tibbi yardım göstərilib: “5 nəfərlik ailənin məskunlaşdığı yarımçıq tikilinin girişindəki beton pilləkənin qırılması nəticəsində bir nəfər yüngül xəsarət alıb, ona ilkin tibbi yardım göstərilib və evə buraxılıb. Hazırda binanın girişində təmir-bərpa işləri həyata keçirilir.

Bildiyiniz kimi, Sumqayıt şəhərində məcburi köçkünlər üçün yeni yaşayış məhəllələrinin salınmasına başlanılıb. Artıq iki minə yaxın ailə ora köçürülüb və proses davam edir. Həmin binada məskunlaşmış məcburi köçkünlər də bu il yeni salınan yaşayış kompleksinə köçürüləcəklər”.

Virtualaz.org xatırladır ki, ötən gecə haqqında söhbət gedən ikimərtəbəli yarımçıq tikili binada uçqun olub.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyi Sumqayıt Regional Mərkəzinin və Dövlət Yanğından Mühafizə Xidmətinin Sumqayıt Şəhər Dövlət Yanğından Mühafizə İdarəsinin müvafiq xilasetmə qüvvələri cəlb olunub, aidiyyəti dövlət qurumları məlumatlandırılıb.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, binanın girişində pilləkən uçub, nəticədə xəsarət alan 1967-ci il təvəllüdlü Cəfərova Gülxanım Ramazan qızı xəstəxanaya yerləşdirilib.

Xilasedicilər tərəfindən həyata keçirilən xilasetmə və digər təxirəsalınmaz işlər nəticəsində binada köməksiz vəziyyətdə qalan 5 nəfər (4-ü azyaşlıdır) təhlükəsiz əraziyə təxliyə edilib, ərazidə təhlükəsizlik təmin olunub.

  • Əvvəlki

    Arıçılara 5 mln. manatdan çox subsidiya veriləcək

Digər xəbərlər