Göl ətrafında otel tikdirmək istəyən Hacı Salayev imiş

29.07.2020 İnşaat və Əmlak
Bakının Yasamal rayonunda "Üç Tac" yaşayış kompleksinin yaxınlığında, Həsən bəy Zərdabi və Akim Abbasov küçələrinin kəsişməsindəki gölün ətrafında otel inşa etdirmək istəyən şəxsin kimliyi bəlli olub.

"Kommersant.az" unikal.org-a istinadən xəbər verir ki, həmin ərazi sabiq deputat Hacı Salayevin mülkiyyətindədir. H. Salayev Fövqəladə Hallar Nazirliyinin Akademiyasının rəisi, general-mayor Baba Salayevin qardaşıdır.

Qeyd edək ki, sabiq deputat böyük biznes imperiyasına malikdir.

  • Əvvəlki

    "Builki quraqlıq Aran rayonlarında su ehtiyatının azalmasına səbəb olacaq" - Coğrafiya İnstitutu

Digər xəbərlər