Qarabağ Azərbaycandır!

Bakıda evlər ucuzlaşacaq - VİDEO

24.12.2020 İnşaat və Əmlak
Koronavirus pandemiyası bütün sahələrə demək olar ki , təsirsiz ötüşməyib. Mənzil bazarında da 40 faiz-ə yaxın aktivlik azalıb. Maraqlısı burasındadır ki, satış aşağı olduğu halda belə qiymətlər ucuzlaşmır. Bu il gözlənilən ucuzlaşma olmadı. İşğaldan azad edilən ərazilərimizə qayıdışla əlaqədar isə gələn ildən Bakı və digər ərazilərdə torpaq bazarında ucuzlaşma gözlənilir.

COVID- 19 pandemiyası səbəbindən əmlak bazarında alıcılıq 40 faizə yaxın aşağı düşüb.Mənzillərin qiyməti isə 10 faiz artdı.

Əmlak bazarında alıcılığın aşağı düşməsi ilə mənzillərin qiymətinin ucuzlaşması gözlənilsə də bu dəfə əksinə oldu. Tələbin azalması ilə qiymətlərə təzyiq də başladı. Lakin COVID -19 pandemiyası ilə əlaqədar tikinti bazarında işlərin böyük hissəsi dayandı. Nəticədə isə təklifin azalması ilə qiymətlər də yenidən bahalaşdı. Eyni tendensiya 2021-ci ildə də gözlənilir.

Əmlak üzrə ekspert Nüsrət İbrahimovun sözlərinə görə, böhranın bazara əsas təsiri gələn il hiss ediləcək. Bununla yanaşı işğaldan azad olunmuş torpaqlara qayıdışla əlaqədar Bakının torpaq bazarında tələbatın azalması və qiymətlərin nisbətən ucuzlaşması gözlənilir.

Qeyd edək ki, əmlak bazarında aktivliyin təmin edilməsi əsasən dövlət tərəfindən ayrılan ipoteka xətti ilə təmin olunur.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

  • Əvvəlki

    Nəcməddin Sadıqov getdi, amma...

Digər xəbərlər