USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Bağ evlərinin qiyməti niyə artıb? - SƏBƏB

23.04.2021 İnşaat və Əmlak
0 0
Yay fəslinin yaxınlaşması Bakıda fərdi yaşayış və bağ evlərinin qiymətində artıma səbəb olub.

Valyuta.az Trend.az-a istinadən xəbər verir ki, bu barədə "MBA Group" konsaltinq şirkətinin direktoru, əmlak məsələləri üzrə ekspert Nüsrət İbrahimov açıqlama vrib.

Ekspert deyib ki, mart ayında fərdi yaşayış və bağ evlərinin qiyməti 1,25% bahalaşıb.

“Fərdi yaşayış və bağ evlərinin orta qiyməti 971 manat/kv.m təşkil edib. Ekspert bildirib ki, yay mövsümü yaxınlaşdıqca Bakıda bağ evlərinin qiymətində artım olacağı gözlənilən idi” - deyə N.İbrahimov qeyd edib.

N.İbrahimov bildirib ki, hər il yay mövsümü yaxınlaşdıqca bağ evlərinin qiymətində artım olur və bu il də istisna deyil.

Ekspertin sözlərinə görə, həmçinin bağ evlərinin kirayə qiymətlərində də artım müşahidə olunur:

“Belə ki, fərdi yaşayış və bağ evlərin kirayə qiymətləri +3,58% artıb. O qeyd edib ki, yay mövsümündə insanlar istirahət üçün bağ evlərinə üz tutur və bağ evlərinə tələbat xeyli artır”.

  • Əvvəlki

    Azərbaycan manatının effektiv məzənnələri artıb - MƏRKƏZİ BANK

Digər xəbərlər

31.01.2024 İnşaat və Əmlak
Agentliyin mərtəbəsinin təmirinə 650 min ayrıldı
0 0
30.01.2024 İnşaat və Əmlak
Azərbaycanda mənzil almaqda - DƏYİŞİKLİK
0 0
23.01.2024 İnşaat və Əmlak
Bakıda bu il 65 bina söküləcək - ÜNVANLAR
0 0