USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Azərbaycan manatının effektiv məzənnələri artıb - MƏRKƏZİ BANK

23.04.2021 İqtisadiyyat
0 0
Bu il aprelin 1-nə Azərbaycan manatının xarici valyutalara nisbətən nominal effektiv məzənnəsi 75,9 bənd təşkil edib.

"Kommersant.az" Report.az-a istinadən xəbər verir ki, Mərkəzi Bank bununla bağlı aylıq hesabatında bildirib.

Bu göstərici, aylıq müqayisədə 1,2 bənd çox, ilin əvvəlinə nisbətən 0,3 bənd çox, ötən ilin eyni dövrü ilə müqayisədə isə 0,7 bənd azdır.

Martın sonuna milli valyutanın real effektiv məzənnəsi isə 102,2 bənd təşkil edib. Bu isə aylıq müqayisədə 1,6 bənd çox, ilin əvvəlinə nisbətən 1,9 bənd çox, illik müqayisədə isə 2,7 bənd azdır.