USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Azərbaycanla Belarus arasında ticarət dövriyyəsi artıb - RƏSMİ

23.04.2021 İqtisadiyyat
0 0
Bu il ərzində Azərbaycanla Belarus arasında ticarət mübadiləsinin həcmi 105,552 milyon ABŞ dolları təşkil edib.

Dövlət Gömrük Komitəsindən verilən məlumatda, bu göstəricinin 2020-ci ilin eyni dövrü ilə müqayisədə 3,1 dəfə çox olduğu qeyd edilib.

Birinci rüb ərzində Azərbaycandan Belarusa ixracın həcmi 79,130 mln. dollar təşkil edib ki, bu da 2020-ci ilin eyni dövrü ilə müqayisədə 15,1 dəfə çoxdur. İdxalın həcmi isə 26,422 mln. dollara bərabər olub, bu göstərici illik müqayisədə 7,6% azalıb.

Nəticədə, 2021-ci ilin I rübündə 52,708 mln. dollarlıq müsbət saldo yaranıb. Halbuki ötən ilin analoji dövründə 23,394 mln. dollarlıq mənfi saldo qeydə alınmışdı.