USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Maklerlər büdcəni milyonlarla manatdan məhrum edir - VİDEO

04.05.2021 İnşaat və Əmlak
0 0
“Rieltorların (maklerlər) böyük əksəriyyəti qeyri-qanuni işlədiyinə görə vergidən yayınırlar. Onlar qanun çərçivəsində çalışsalar, vergi ödənişlərindən hər ay 100 minlərlə manat dövlət büdcəsinə vəsait daxil ola bilər”.

"Kommersant.az" xəbər verir ki, bunu “ARB 24”ün “İşgüzar səhər” verilişinə açıqlamasında əmlak eksperti Elnur Fərzəliyev deyib.

O bildirib ki, rieltorların qanunsuz fəaliyyəti səbəbindən hər il büdcəmiz milyonlarla manatdan məhrum olub.

Ekspert onu da qeyd edib ki, mənzil satışı və s. məsələlərdə yaranan problemlər zamanı rieltorların hüquqları pozulur:

“Azərbaycanda peşəkar rieltorların sayı həddindən artıq azdır və onların hüquqları bir çox hallarda pozulur. Məsələn, hansısa rieltor yeni tikili binadan mənzil satır və sonra məlum olur ki, MTK həmin evi bir neçə adama satıb. Bu zaman bir çox hallarda MTK rəhbəri ilə yanaşı rieltoru da məsuliyyətə cəlb edirlər. Baxmayaraq ki, burada rieltorun hüquqları pozulub”.

  • Əvvəlki

    Qorxmaz Hüseynov vəzifəsindən azad edildi - SƏRƏNCAM

Digər xəbərlər

31.01.2024 İnşaat və Əmlak
Agentliyin mərtəbəsinin təmirinə 650 min ayrıldı
0 0
30.01.2024 İnşaat və Əmlak
Azərbaycanda mənzil almaqda - DƏYİŞİKLİK
0 0
23.01.2024 İnşaat və Əmlak
Bakıda bu il 65 bina söküləcək - ÜNVANLAR
0 0