USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Laçın hava limanının tikintisi 2024-cü ildə başa çatacaq

28.06.2022 İnşaat və Əmlak
0 0
“Laçın beynəlxalq hava limanı saatda 200 nəfər sərnişinə xidmət göstərə biləcək”.

Bunu “AzVirt” MMC-nin baş direktorunun müşaviri Ceyhun Səfərov jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, Laçın beynəlxalq hava limanı Qarabağda inşa olunan sayca üçüncü beynəlxalq hava limanıdır: “2021-ci ildə Müzəffər Ali Baş Komandan, Prezident tiİlham Əliyev tərəfindən bu hava limanının təməli qoyulub. Tikinti işlərinin 2024-cü ildə tamamlanması planlaşdırılır”.

C.Səfərov bildirib ki, hava limanının uçuş-enmə zolağının uzunluğu 3000, eni isə 60 metr təşkil edir: “Perronun sahəsi 50 000 kvadratmetrdir. Hazırda hava limanının ərazisinin hamarlaşdırılması aparılır. Bu da ən çox uçuş-enmə zolağının düşdüyü əraziyə təsadüf edir. Terminalın sahəsi isə 5 000 kvadratmetrdir. Saatda 200 nəfər sərnişinə beynəlxalq standartlara cavab verəcək şəkildə xidmət göstərmək mümkün olacaq. Həmçinin gələcəkdə beynəlxalq uçuşların icrası üçün tam şərait yaranacaq. Hava hərəkətinin idarə etmə qülləsi, transformator otağı, su çəni, qazanxana, nəzarət-buraxılış məntəqəsi və digər yardımçı binaların da layihələndirmə işləri həyata keçirilir”.

  • Əvvəlki

    “Bank VTB” təmir işlərinin görülməsi ilə əlaqədar - AÇIQ TENDER ELAN EDİR

Digər xəbərlər

31.01.2024 İnşaat və Əmlak
Agentliyin mərtəbəsinin təmirinə 650 min ayrıldı
0 0
30.01.2024 İnşaat və Əmlak
Azərbaycanda mənzil almaqda - DƏYİŞİKLİK
0 0
23.01.2024 İnşaat və Əmlak
Bakıda bu il 65 bina söküləcək - ÜNVANLAR
0 0