USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Bağ evlərinin qiymətində kəskin BAHALAŞMA - VİDEO

30.05.2023 İnşaat və Əmlak
26 10
Yay mövsümü ərəfəsində bağ evlərinin kirayəsində bahalaşma müşahidə edilir.

Kommersant.az xəbər verir ki, əmlak eksperti Mülkədar Rüstəmov "Xəzər Xəbər"ə deyib ki, ötən illə müqayisədə paytaxtın ətraf rayonlarında kirayə verilən bağ evlərinin qiymətində ciddi artım var.

Bu əsasən dəniz mənzərəli və hovuzu olan mənzillərdə daha çox hiss olunur. Evlərin mart və aprel aylarından bron edilməsi də qiymətlərə təsirsiz ötüşmür.

Ekspert qeyd edib ki, Bakıdakı bağ evləri demək olar ki aylıq istərahət üçün istifadə olunur.

Bu mövsüm bölgələrdə də kirayə mənzillərin qiymətində dəyişkilik qaçılmaz olacaq.
Mülkədar Rüstəmov deyir ki, rayonlara üz tutanlara əraziyə görə fərqli qiymətlər təklif oluna bilər.

Ekspert əlavə edib ki, yay aylarında ölkəmizə gələn turistlərin sayının çoxluğu da qiymətlərə təsir edən amillərdən biridir.

  • Əvvəlki

    İsrail Prezidenti İshaq Hersoq Azərbaycana rəsmi səfərə gəlib

Digər xəbərlər

28.03.2024 İnşaat və Əmlak
Bakıda bu evlər bahalaşıb
0 0