USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Bakıda evlərin qiyməti nə qədər bahalaşıb?

14.09.2023 İnşaat və Əmlak
0 0
Avqust ayında Bakıda mənzil bazarında qiymət artımları müşahidə olunub.

İqtisadi və Sosial İnkişaf Mərkəzindən (CESD) verilən məlumata görə, avqust ayında, əvvəlki ayda olduğu kimi, bağ və fərdi həyət evlərinə tələbin artması müşahidə olunub.

Fərdi evlərdə və torpaq sahələrində əvvəlki aya nisbətən 1.7 faiz qiymət artımı qeydə alınıb. Yaşayış binalarında və qeyri-yaşayış sahələrinə tələb dəyişməyib.

Yaşayış binalarında olan mənzillərdə 1.8 faiz aylıq qiymət artımları müşahidə olunub.

Qeyri-yaşayış sahələrində 2.3 faiz aylıq qiymət artımı qeydə alınıb. Daha çox qiymət artımları kirayə bazarında müşahidə olunub. Avqust ayında kirayə bazarında qiymətlər 5.2 faiz yüksəlib. Bu yeni təhsil ilinin yaxınlaşması ilə əlaqədar tələbin artması ilə bağlıdır.

  • Əvvəlki

    İlon Maskın Azərbaycana səfəri gözlənilir

Digər xəbərlər