Qaradağ rayonuna pul ayrıldı

24.07.2018 İnşaat və Əmlak
Prezident sərəncam imzalayıb.

"Kommersant" xəbər verir ki, prezident İlham Əliyev Qaradağ rayonunun Lökbatan–Qızıldaş avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

Sərəncama əsasən, qırx altı min nəfər əhalinin yaşadığı 4 yaşayış məntəqəsini birləşdirən Lökbatan–Qızıldaş avtomobil yolunun tikintisi məqsədi ilə Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin7,9 milyon (yeddi milyon doqquz yüz min) manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılır.

Maliyyə Nazirliyi göstərilən məbləğdə maliyyələşməni təmin etməli, Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etməlidir.

  • Əvvəlki

    Maliyyə Nazirliyində - TƏCİLİ TOPLANTI

Digər xəbərlər

16.04.2021 İnşaat və Əmlak
Bakının bu ünvanında evlər plana düşdü - FOTO
0 0
15.04.2021 İnşaat və Əmlak
“Kəpəz” MTK-da yarım milyonluq yeyinti
0 0