USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Kərə yağı bahalaşdı - Yeni qiymətlər

26.01.2026 İqtisadiyyat
0 0
Xəbər veridyimiz kimi, yanvarın 1-dən Azərbaycanda kərə yağının idxal rüsumu 5%-dən 15%-ə qaldırılıb. İdxal rüsumunun artırılmasının kərə yağı qiymətlərinə də təsir edəcəyi proqnozlaşıdırılırdı.

Kommersant.az milli.az-a istinadən xəbər verir ki, bu həftədən etibarən bir sıra kərə yağının qiymətlərində artım var.

Qiymət artımları əsasən 1 manat 50 qəpik - 3 manat aralığında dəyişir. Ümumilikdə isə 10 faiz ətrafında bir artım müşahidə olunmaqdadır.

Qeyd olunur ki, 2017-ci ildə tətbiq edilən 15% idxal rüsumu 5%-ə endirilmişdi, bu güzəşt bu il uzadılmayıb.