USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Bu şəxslər vəfat etdikdə vərəsələrinə müavinət ödəniləcək

30.12.2025 İqtisadiyyat
0 0
Dövlət qulluqçusu vəfat etdikdə onun vərəsələrinə müavinət ödəniləcək.

Kommersant.az-ın məlumatına görə, bu məsələ Milli Məclisinin bugünkü plenar iclasında müzakirə olunan "Dövlət qulluğu haqqında" Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb.

Layihəyə əsasən, dövlət qulluqçusu vəfat etdikdə, habelə məhkəmə tərəfindən xəbərsiz itkin düşmüş hesab edildikdə və ya ölmüş elan edildikdə dövlət qulluğuna xitam verildikdə onun vərəsələrinə orta aylıq dövlət məvacibinin 4 misli miqdarında müavinət ödəniləcək.

Qanun layihəsi səsverməyə qoyularaq üçüncü oxunuşda qəbul edilib.

  • Əvvəlki

    Azərbaycan Tayvanın müstəqilliyini tanımır - XİN

Digər xəbərlər