USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Sabah da isti hava diskomfort yaradacaq

08.07.2020 İqtisadiyyat
0 0
Azərbaycanda iyulun 9-da gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə 9 iyulda Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, yağmursuz keçəcəyi gözlənilir.

Cənub-qrəb küləyi gündüz mülayim şimal-qərb küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu Abşeron yarımadasında gecə 22-26,

gündüz 34-39, Bakıda gecə 23-25, gündüz 37-39 dərəcə isti olacaq.

Atmosfer təzyiqi normadan aşağı 753 mm civə sütunundan 756 mm civə sütununa yüksələcək,

nisbi rütubət gecə 60-70, gündüz 25-35 faiz təşkil edəcək.

Abşeron çimərliklərində cənub küləyi əsəcək. Dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulbada 24-25, Türkan, Hövsan, Sahil, Şıxda isə 26-27 dərəcə isti olacaq.

9 iyulda Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin axşama doğru bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, yağış yağacağı, ayrı-ayrı yerlərdə lokal leysan xarakterli olacağı, dolu düşəcəyi gözlənilir. Gündüz ayrı-ayrı yerlərdə arabir güclənən qərb küləyi əsəcək. Havanın temperaturu gecə 20-25, gündüz 34-39, dağlarda gecə 14-19, gündüz 22-27 dərəcə isti olacaq.

Tibbi-meteoroloji proqnoz

İyulun 9-da Abşeron yarımadasında isti temperatur diskomfortunun davam edəcəyi gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişsizdir.

  • Əvvəlki

    Ekspert: “İnsanlar virusdan ölməsə, acından öləcəklər” - FOTO

Digər xəbərlər

25.04.2024 İqtisadiyyat
Azərbaycan nefti bahalaşıb
0 0
25.04.2024 İqtisadiyyat
Bu günə olan valyuta məzənnələri
0 0