USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

"Fitch" Azərbaycanın uzunmüddətli defolt reytinqini təsdiqləyib

20.07.2019 İqtisadiyyat
0 0
"Fitch Ratings" beynəlxalq reytinq agentliyi Azərbaycanın emitentin uzunmüddətli xarici valyutada defolt reytinqi üzrə proqnozuna yenidən baxıb.

"Kommersant.az" xəbər verir ki, reytinq üzrə proqnoz "stabil" olaraq "BB+" səviyyəsində təsdiq olunub.

Azərbaycanın "BB+" güclü xarici balansı və aşağı səviyyədə olan xarici borcun olmasını, iqtisadiyyatın neftdən asılılığını, idarəetmənin aşağı olmasını və zəif bank sektorunun olmasını əks etdirir.

Hesabata əsasən, yaxın illərdə qaz hasilatını artması Azərbaycanın icmal büdcəsinin dayanıqlı profisitini təmin edəcək.

Agentliyin analitikalarının hesablamalarına görə, bu il Azərbaycanda iqtisadi artım 2,7% təşkil edəcək. 2018-ci ildə bu göstərici 1,4% olub. (APA)