USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

“PAŞA Holdinq”də kadr dəyişikliyi baş verib

26.07.2019 İqtisadiyyat
0 0
“PAŞA Holdinq” MMC-nin struktur bölməsi “PMD Group” MMC-nin ötən ilin avqust ayında yaratdığı “PMD Hospitality” MMC-nin direktoru dəyişib.

"Kommersant.az” xəbər verir ki, şirkətə rəhbərlik edən Fərid Musayevi Firuz Süleymanov əvəz edib.

Xatırladaq ki, “PMD Hospitality” “PAŞA Holdinq”lə eyni hüquqi ünvanda – Bakı şəhəri, Nəsimi rayonu, Neftçilər prospekti, 153 ünvanında dövlət qeydiyyatına alınıb. Şirkətin nizamnamə kapitalı 100 min manatdır. (Report)