USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Azərbaycanda noutbukların bazar payı azalıb

03.08.2019 İqtisadiyyat
0 0
Bu ilin iyul ayı ərzində portativ kompüterlərin (noutbuk və netbukların) Azərbaycanda bazar payı 1,4 faiz bəndi azalıb.

Noutbukların bazar payı avqustun 1-nə 56,3% təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 5,4 faiz bəndi azdır.

Mərkəzin məlumatına əsasən, cari ilin iyul ayı ərzində ölkə üzrə masaüstü kompüterlərin bazar payı iyun ayı ilə müqayisədə 2,3 faiz bəndi artaraq avqust ayının 1-nə 42,2% təşkil edib. Bu isə ötən ilin müvafiq göstəricisi ilə müqayisədə 11,8 faiz bəndi çoxdur.

Hesabatda avqust ayının 1-nə olan məlumata görə, ölkə üzrə planşet kompüterlərin bazar payı 1,45% təşkil edib ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə isə 45,7 faiz bəndi azdır. Bu seqment üzrə iyul ayı ərzində (iyun ayı ilə müqayisədə) 12,1 faiz bəndi azalma müşahidə olunub. (Apa)