USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Dövlət satınalmalarında mühüm yenilik - Elektron tenderlər başlayıb

08.08.2019 İqtisadiyyat
0 0
Azərbaycanda dövlət satın almalarında mühüm yenilik var.

"Kommersant.az" xəbər verir ki, ölkədə elektron tender sistemi işə düşüb. Antiinhisar siyasəti və istehlakçılvrın hüquqlarının müdafiəsi xidmətindən bildirilib ki, artıq elektron satınalmalar başlanılıb. Bu barədə elanlar artıq satınalmalar üzrə internet səhifəsində yerləşdirilib.

Tender elanlarına daxil olduqda şərtlər toplusunun elektron şəkildə alınması imkanları da yaradılıb.

Nəticədə artıq istənilən şəxs tenderə qatılmaq üçün şərtlər toplusunu asanlıqla ala bilər və bunun üçün həmin təşkilata getmək və ya ayrıca məktub göndərmək tələb olunmur.

Qeyd edək ki, dövlət satınalmaları ilə bağlı digər məsələ - ehtimal olunan qiymətlərin hesablanması metodikası da müəyyənləşib – bununla bağlı Nazirlər Kabinetinin qərarı var.

Bütün bu yeniliklər «Dövlət satınalmaları haqqında» qanuna bu ilin əvvəlindən edilən dəyişikliklər əsasında edilib. Qanundakı daha bir yenilik o idi ki, ümumi məbləği 3 milyon ABŞ dolları və ya onun manatlı ekvivalentinədək (hazırda 5,1 milyon manat) olan tenderlərin hamısı elektron keçiriləcək.

Bu yeniliklər Elektron Hökumətin İnkişafı Mərkəzi tərəfindən hazırlanıb və artıq tətbiq edilir.