Ölkədə qızıl və gümüş yenidən ucuzlaşdı

24.08.2019 İqtisadiyyat
Azərbaycanda qızıl və gümüş ucuzlaşıb.

"Kommersant.az" xəbər verir ki, avqustun 23-də qızılın qiyməti avqustun 22-i ilə müqayisədə 8,6955 manat azalaraq 1 unsiya üçün 2541,4235 manat təşkil edib.

Gümüş 0,1041 manat ucuzlaşaraq 1 unsiya üçün 28,8907 manata bərabər olub.

Trend-ə görə, platinin qiyməti 17,8925 manat artaraq 1460,0195 manat, palladiumun qiyməti 29,835 manat artaraq 2522,8 manat təşkil edib.

Qeyd edək ki, troy unsiyası 31,1034768 qrama bərabər ölçü vahididir.