USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Azərbaycanda ƏDV ödəyicilərinin sayı kəskin artıb

12.09.2019 İqtisadiyyat
0 0
Avqustda 64 min 329 kommersiya qurumunun və ya ümumi kommersiya qurumlarının 53,7 faizinin vəziyyəti aktiv olub ki, bu da keçən ilin müvafiq dövrü ilə müqayisədə 22,6 faiz artım deməkdir.

Vergilər Nazirliyinin Media və kommunikasiya mərkəzindən verilən məlumata görə, yanvar-avqust aylarında ötən ilin eyni ayları ilə müqayisədə kommersiya qurumlarının tərkibində ƏDV ödəyicilərinin sayı 22 faiz artaraq 31 min 946 təşkil edib, aktiv ƏDV ödəyicilərinin sayı 18 min 622 –yə çatıb.

Eləcə də bax: ƏDV qeydiyyatını necə ləğv etmək olar?

Aktiv ƏDV ödəyicilərinin sayı müqayisə edilən dövrdə 33,1 faiz artıb və onların xüsusi çəkisi 2,2 faiz çox olub. (Azərtac)