USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

İxracatçıların dövlətdən aldığı ixrac təşviqi 15 milyon manatı keçib

26.09.2019 İqtisadiyyat
0 0
2019-cu ilin əvvəlindən ixrac təşviqinin ödənilməsi ilə bağlı daxil olan müraciətlər əsasında sahibkarlıq subyektlərinə 7,1 mln. manat ixrac təşviqi ödənilib.

İqtisadiyyat Nazirlyindən verilən məlumata görə, indiyədək isə sahibkarlara 15,1 mln. manat ixrac təşviqi verilib.

Bu ilin ötən dövründə 6 xarici ölkəyə (Çin, Polşa, Latviya, Qətər, İsveçrə və Rusiya) 7 ixrac missiyası təşkil olunub. Ümumilikdə isə indiyədək xarici ölkələrə 31 ixrac missiyası təşkil edilib.

Qeyd edək ki, ixracatçılar ixrac etdiyi məhsulun ixrac gömrük bəyannaməsində nəzərdə tutulan gömrük dəyərinin 3%-ni baza məbləği olaraq dövlət vəsaiti hesabına geri almaq hüququna sahibdirlər. Ətraflı buradan məlumat ala bilərsiniz.