USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Nazirlər Kabineti gələn ilin dövlət büdcəsinin və icmal büdcənin layihələri barədə qərarı

27.09.2019 İqtisadiyyat
0 0
Nazirlər Kabineti "Azərbaycan Respublikasının 2020-ci il üzrə dövlət büdcəsinin və icmal büdcənin layihələri və sonrakı üç il üçün icmal büdcənin göstəriciləri, Azərbaycan Respublikasının 2020-ci il və gələn üç il üzrə iqtisadi və sosial inkişaf konsepsiyası və proqnoz göstəriciləri haqqında" qərarını açıqlayıb.

"Kommersant.az" xəbər verir ki, qərara əsasən, “Azərbaycan Respublikasının 2020-ci il üzrə dövlət büdcəsinin və icmal büdcənin layihələri və sonrakı üç il üçün icmal büdcənin göstəriciləri” və “Azərbaycan Respublikasının 2020-ci il və gələn üç il üzrə iqtisadi və sosial inkişaf konsepsiyası və proqnoz göstəriciləri” bəyənilib.

Qərarda qeyd edilib ki, büdcə layihələri “Büdcə sistemi haqqında” qanunda nəzərdə tutulan digər sənədlərlə birlikdə Azərbaycan Respublikasının Prezidentinə təqdim edilsin.