USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Kart əməliyyatlarında nağdsız ödənişlərin payı 20%-i ötüb

04.10.2019 İqtisadiyyat
0 0
Azərbaycanda kart əməliyyatlarında nağdsız ödənişlərin payı artmaqda davam edir. Bunu Azərbaycan Banklar Assosiasiyasının (ABA) sədri Zakir Nuriyev deyib.

"2019-cu ilin yanvar-avqust aylarının yekunları üzrə kart əməliyyatlarında nağdsız ödənişlərin həcmi 2 mlrd. manatdan çox olub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 58% çoxdur. Ümumi kart dövriyyəsində nağdsız ödənişlərin payı 20,4% təşkil edib, bu isə ötən ilin müvafiq dövrünə olan göstəricidən 4,2 faiz bəndi çoxdur”, – deyə o, bu gün Bakıda mikromaliyyələşmənin inkişafına həsr olunmuş VI İnvestorlar Yarmarkasında bildirib.

ABA sədri qeyd edib ki, avqustun sonuna ölkədə 7,2 mln. plastik kart olub.

Eyni zamanda, 2018-2020-ci illərdə nağdsız ödənişlərin həcminin ildə 17 mlrd. manat (cari məzənnə ilə $10 mlrd.) artacağı proqnozlaşdırılır. /İnterfaks Azərbaycan